Ssennari

Şəhidlərimizin qanının bahasına əldə etdiyimiz, 1918-ci ildə fədakar insanların rəşadət ilə qazandığları və xalqımızın qəhrəmanlıq tarixinə yazılan bu gözəl gün Azərbaycanın tarixində qızıl hərflərlə yazılacaq. Bizlər Azərbaycan Xalq Cümhuriyətinin varisləriyik, bəli bizlər. Azərbaycan Respubliikası vətəndaşları..

Təşəkkürlər, Məmmədəmin Rəsulzadə!

Qəbrin nurla dolsun. Sənin məzarını ziyarət etmək mümkün olmasa da, senə herzaman minnətdarlığmız; ürəklərimizdə daşıyırıq.

Qəhrəman qonağına yaxşı bax, Ankara!.

O demişdirki….` Bir kərə qalxan bayrax bird aha yenməz .

3 rəngli gözəl bayrağımız hər zaman zirvələrdə dalğalansın!

Bütün Azərbaycansevənləri, o torpaqların varislərini bu gözəl gün münasibətilə sızı təbrik edirəm!

Siz əziz qonağlara xoş geldiniz deyirəm!

Mahnı- can azərbaycan

Bu axşam proqramımız yazılı şəkildə əlinizdədir. ona görə mən onu bir daha tekrarlamıram və fəqət arzu elirəm ki proqramımızı bəyənəsiniz və Azərbaycanımıza yaraşan bir bayram tədbiri keçirəbilək.

Dərnəyimizin başqanı, hörmətli Aslan bəyi dəvət elirəm. Görək bizə nə danişmaq istəyir və bayramımızı necə dəyərləndiri.

Aslan Bey`in çıxışı

Yenə də sözü gözəl səsli müğənnimiz Urfan Bəyə vrirəm.

Mahnı- vətən oğlu

28 May bayramınız mübarək! Ümummilli liderimiz Məmməd Əmin Rəsulzadənin əziz xatirəsi xalqın yaddaşından heç zaman silinməz.

Əzizlər, xalq tariximizin ən böyük, ən əlamətdar gününün ildönümü münasibəti ilə buraya yığışmışıq! biz bütün Şərqin ilk demokratik dövlətinin varisləriyik və bunu unutmamalıyıq!

Bu irisi daha da başı uca , dahada güclü və dahada gözəlləşdirmək uğrunda əlimizdən gələni əsirgəməməliyik.

Bir mahnı daha  siz əziz qonağlara ithaf edirəm.

Mahnı- yaşa azərbaycan

Burada hörmətli Sərdar Bəyi öz məruzəsini oxumaq uçun mikrofona dəvət elirəm. Sərdar bəy buyurn!

Sərdar beyin çıxışı

Mahnı

İsveç Azərbaycan fedrasiyonu nümayəndələri, Nadir Bey, Rahim Bəy və Səttar biyi bü günün münasibətilə, öz təbriklərn demək üçün mikrofona dəvət elirəm.

İ.A.F söhbətləri

Mahnı

Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,

Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Məhəmməd Əmin Rəsulzadənin 1953 cü ildə “Amerikanin sesi” radiyosu ile xalqa xitabi!

Mahni

Aslan Bəy`lə Əli Bəy Azərbaycanın tarixinə qısa bir baxışları olacaq. Onları mikrofona dəvər elirəm. Bu çıxış presentation şəkilində gedəck.

Bələr buyurun!

Aslan Bəyin və Əli Bəyin çıxışı

İndidə siz əzizqonağlarıməza yeməküçün proqramda bir aravermək nəzərdə tutmuşuq. Yarim saat ara veriləcək ve yarim saat sonar proqramın devamına baxacağık.

Yemək fasiləsi

Əziz qonağlar! Məhəmməd Emin Rəsulzadə’ni hər zaman sevgiylə, sayqıyla anacağıq. Bugün Azərbaycan diyə bir dövlət varsa bunu Rəsulzadə və onun yanında olan millətçi insanlara borcluyuq.

Indi də hamımızın çox sevdiyi və dərnəyimizin iftixarı olan rəqs qurupumuza sıra geldi.

Sizi  Urfan Bəyin bir mahnısından sonar, genclərimizin rəqsinə dəvət elirəm!

Rəqs qurupu

Mahnı

İndi də siz əzizləri çayla çirniyə dəvət elirik. 15 dəqiqə sonar tədbirimizin devamına başliyacağiq.

15 dəqəqə fasilə

Başda Məmməd Əmin Rəsulzadə olmaqla, bütün Azərbaycan Demokratik Respublikasının qurucularına Allahdan Rəhmət diləyirəm! Qəbriniz nurla dolsun!

və bü gün bizə gətirib çatdıran qorucularına, üzün ömür və can sağlığı arzuluruq.
Kaş ki, bizlər də o möhtəşəm düşüncəyə bir anlıq sahib olabilsəydik!

Təbrik edirəm səni doğma vətənim Azərbaycan!
T
əbrik edirəm sizi doğma həmvətənlərim!
Qoy başımız üstünd
ə ucalan üçrəngli bayrağımız əbədiyyən dalğalansın!

Bununla`da proqramın qalan hisəsin sizin bu mubarək günü münasibətilə istədiginiz kimi əylənib oynamağa dəvət elirəm. buyurn meydan sizindir ancax!

 

Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu,Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

 Mehemmed Emin Resulzade ve Abbas Kazımzadenin qurduğu «Türk edemi-merkeziyyet Müsavat» firqesinin tezlikle üzvü olur ve onun liderlerinden birine çevrilir. M. E. Resulzade 1917-ci ilin oktyabr ayında Müsavatın Bakıda keçirilen 1-ci qurultayında partiyanın sedri seçilir. Ondan evvel ise Rusiya Dövlet Dumasının deputatı vesiqesini daşıyırdı. Zaqafqaziya Seymi 26 May 1918-ci ilde Gürcüstanın özünü müsteqil elan etmesi ile parçalandı. Seymin Azerbaycan nümayendeleri mayın 28-de Tiflisde keçirilen iclaslarında Azerbaycan Xalq Cumhuriyyetinin istiqlal beyannamesini elan etmekle yanaşı M.E.Resulzadeni Milli Şuranın sedri seçdiler. Iki il sonra 1920-ci ilin 27 aprelinde Azerbaycan Cumhuriyyeti Meclisi-Mebusanın fövqelade iclasında ses çoxluğu ile 7 bendlik qerar esasında hakimiyyet dinc yolla kommunistlere tehvil verildi. Az sonra repressiyalar başlamış yalnız B.İ.Stalinin bu işe müdaxilesinden
sonra azad edilmişdir. Bir müddet Moskvada işlese de 1922-ci ilden Mehemmed Emin beyin taleyinin mühaciret dövrü başlayır. Türkiyede ve Almaniyada yaşadığı illerde «esrimıziın Seyavuşu», «İstiqlal mefkuresi ve genclik», «Çağdaş Azerbaycan edebiyyatı», «Çağdaş Azerbaycan tarixi» ve s. eserlerin müellifidir.
Azerbaycan xalqının vetenperver oğlu görkemli, siyasi xadimi Mehemmed Emin Resulzade 1955-ci il Martın 6-da Ankarada şeker xesteliyinin uzun müddetli ezabları içerisinde 3 defe AZERBAYCAN! AZERBAYCAN! AZERBAYCAN! deyerek gözlerini ebedi yummuşdur.


 

 90 il öncə müstəqil dövlətimizi quran

Məmməd Əmim Rəsulzadə

 

 “ O azərbaycanlı peyğəmbər idi. Onun kimi şəxsiyyəti olan millət xoşbəxtdir “

Seyid Həsən Tağızadə

Məmməd Əmin Rəsulzadə 1884-cü il Azərbaycan Respublikasının paytaxtı Bakının Novxanı kəndində doğulub. İlk təhsilini atası Axund hacı molla Ələkbərin yanında alır. Sonra isə Rus-Müsəlman və Bakı peşə məktəbini bitirir.   

Siyasi-ictimai fəaliyyətə gənc yaşlarından başlayır. O , 1906-cı ildə Azərbaycanda ilk sosial demokrat təşkilat olan “ Hümmət” təşkilatının yaradıcılarından və  Hümmətin orqanı  “Təkamül “ qəzetinin baş redaktoru olmuşdu. Nəriman Nərimanovla birgə nəşr etdirdiyi bu qəzet qısa zaman sürəcində Qafqazın məşhur qəzetlərindən birinə çevrilir. Qeyd etmək lazımdır ki, Rəsulzadənin ilk yazısı “ Şərqi Rusiya “ qəzetində çap edilmişdir.

1909-cu il Güney Azərbaycana və İrana keçənə qədər Azərbaycanda çoxsaylı qəzetlər çıxartmış və Hümmətin rəhbərliyində işləmişdir.

1909-cu ildə Güney Azərbaycana və İrana keçdikdən sonra İranda “ İrane no “ (Yeni İran ) adlı ilk Avropa tipli qəzet nəşr edir və bu qəzetdə yazdığı məqalələrlə fars ədəbi dilinə yenilik gətirir. Heydər Əmioğlu və Həsən Tağızadə ilə birlikdə “ İran Demokrat Partiyasının” məramnaməsini yazır.

Rəsulzadənin fəaliyyəti İranda uzun surmur. Rus dövlətinin təzyiqi ilə Türkiyəyə sürgün olunur. 1913-cü ildə Azərbaycana qayıdır və millətçi hümmətlilərlə tərəfindən yaradılmış “Müsəlman Demokratik Müsavat “ təşkilatında fəaliyyətə başlayır.

1917-ci il Fevral İnqilabından sonra “ Qafqaz və Rusiya müsəlmanları “ qurultayına qatılır. Az sonra  Qafqaz parlamenti  “ Siyemdə “ Azərbaycanı təmsil edir. 1918-ci il “ Siyem “ dağılandan sonra  “ Azərbaycan Milli Şurasının “  rəhbəri seçilir. Milli Şura 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edir. Beləliklə, 34 yaşlı Rəsulzadə müsəlman dünyasında ilk dəfə olaraq Demokratik Xalq Cümhuriyyətinin prezidenti seçilir.

Məmməd Əmin Rəsulzadə müstəqilliyimizi elan etməklə yanaşı, o vaxta qədər Rusiya dövləti tərəfindən yasaq edilmiş  “Azərbaycan “ sözünü gündəmə gətirir və vətənimizin adını özünə qaytarır. Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti 2 il yaşasa da, Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Bu mənada ki, o vaxt müstəqil dövlət qura bilməsəydik, sonralar Sovetlər Birliyi tərkibində də, Respublika kimi təmsil olunmağımıza qarant yox idi və Sovetlər Birliyi dağılarkən müstəqilliyimizin bərpası mümkün olmayacaqdı. O “ Bir kərə yüksələn bayraq bir daha yenməz “ deməklə bilirdi ki, bu bayraq keçici olaraq yendirilsə də, gələcək nəsillər onu başı üzərində qaldıracaq və yaşadacaqdır. ( Rəsulzadənin bu fikrini  çağdaş tariximizdə, 1988-ci il ilk dəfə Azərbaycanın Güneyindən olan Məhəmməd Hatəmi yenidən gündəmə gətirərək, onun yolunun davam edəcəyini bildirdi ).

1920-ci il aprel ayının 25-də Rus qoşunları bizdən sormadan sərhədimizi keçərək Azərbaycanı işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Rəsulzadə silahdaşları ilə birlikdə həbs edildi. Onu güllələnmə təhlükəsi gözləyirdi. Bu təhlükəni aradan qaldırmaq üçün Heydər Əmioğlu Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanovla görüşür və “ Məmməd Əminin başından bir tük əskik olmamalıdır “ deyir. Bundan sonra Nərimanov Rəsulzadəni Bakıya   (Bayıl tirməsinə ) gətizdirərək rəsmi olaraq bildirir ki, Məmməd Əmin Rəsulzadənin Təhlükəsizliyini qorumaq üçün onu mərkəzə gətirmişlər.

1920-ci il noyabr ayında qatarla Tiflisdən Moskvaya gedən Stalin Bakıda olarkən vaxtilə onu ölümdən qurtaran və köhnə dostu Məmməd Əminin sorağın tutur. Onun Bayıl Tütməsində olduğunu biləndən sonra Stalin , bir başa oraya gedir və Məmməd Əmini özü ilə Moskvaya aparır. Rəsulzadə iki il Moskvada Xalqlar Komissarı kimi çalışır və nəhayət Sovetlər Birliyini tərk edərək Finlandiya keçir. Sonralar o Türkiyə, Almaniya və Polşada yaşayır. 1955-cı il mart ayının 6-sı Ankarada vəfat etmişdir.

Müstəqil Dövlətimizin banisi Məmməd Əmin Rəsulzadədən bizə Müstəqil Dövlət, Müstəqillik ideyası və Müstəqil dövlətimizin tarixini daşıyan çoxsaylı elmi, fəlsəfi, tarixi və ədəbi əsərlərdən ibarət zəngin bir irs qalmışdır. O siyasi fəlsəfə üzrə mütəxəssis və fikir sahibi idi. Sosializm və qərb ölkələrinin ictimai siyasi proseslərini dərindən bilirdi. Rəsulzadənin əsərləri uzun illər məşhur alimlərin axtarış mövzusu olmuşdur.   

Azərbaycan milləti Rəsulzadənin əməlləri, əsərləri və eyni zamanda onun haqda əcnəbi alimlər tərəfindən yazılmış əsərlərlə fəxr edir. Rəsulzadə şərq aləmində 20-ci əsrin qabaqcıl və aparıcı ziyalılarındandır. O, eyni zamanda 20 əsr Azərbaycan dövlətçiliyinin həm nəzəri əsaslarının formalaşdırmış, həm də müstəqil dövlətimizin memarı, banisi və qurucusudur.

Rəsulzadə və fikirdaşları milli mənəvi dəyərlər baxımından Azərbaycanın ən zəngin və kübar çağlarında yetişmişdi. Millət bu şəxsiyyətləri yetirməklə onlardan öz xilasını gözləyirdi və onlar millətin xilaskarına çevrildi. Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə, insanlar vətəndaş hüququndan və fərdi azadlıqdan faydalanaraq, sərbəst siyasi və ictimai fəaliyyət göstərmişlər.

Rəsulzadə və onun milli kadr ordusu böyük əxlaq, fəzilət və kamal sahib idi.

Rəsulzadə dövlətində rüşvət, korrupsiya, xalqın və dövlətin əmlakına xor baxan dövlət və hökumət adamı olmamışdı. Millətin mənəvi zənginliyi ilə öyünən Məmməd Əmin Rəsulzadənin kabinəsi və milli kadr ordusu və dövlət adamları bu zənginlikdən yoğurulan şəxsiyyət sahibi idilər. Milləti , yalnız Məmməd Əmin Rəsulzadə kimi alim, adil və alicənab şəxsiyyətlər qurtara bilər.

Mənəvi zənginliyi, dühası, zəkası və alicənablığı ilə bütün mühitinə təsir edən, hətta qonşu ölkələrin ziyalılarını mütəəssir edən bu şəxsin yeri və rolu 20-ci əsr dövlətçilik tariximizdə əvəz olunmazdır.

Semed Niknam

2008-05-28  


Məhəmməd Əmin Rəsulzadə Azərbaycan siyasətçisi, jurnalist ve publisisti. Azərbaycan Xalq Cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının (1918-1920)qurucusu.

Fəaliyyəti

* 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.
* 1903-cü ildə ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqılabçılar Komitəsini qurub.
* 1906-cı ildə "Təkamül" proqramını yazıb.
* 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
* 1908-ci ildə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.
* 1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
* 1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
* 1911-1913-cü illərdə İstanbul Türk ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.
* 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
* 1917-ci ildə Musavat Partiyasının başqanı olub.
* 1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib.
ADR-i (Azərbaycan Demokratik Respublikasi - Müsəlman Şərinqdə ilk demokratik dövləti) qurub.
* 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
* 1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiyaya daha sonra Türkiyə ərazisinə keçib.
* 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın İstiqlalı uğrunda mübarizəsini davam etdirib.
* 1923-cü ildə İstanbula qayıdıb.
* 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
* 1938-ci ildə Polşada (1938-1940);
* 1940-cı ildə Rumıniyada olub (1940-1943)
* 1947-ci ildə Ankaraya dönüb.
* 1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.
* 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.


                    M.Ə.RƏSULZADƏNİN HƏYATI

       Müsavat Partiyasının lideri və ilk Başqanı Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olub. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.

       İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məhəmməd Əmin Rəsulzadə sonradan texniki məktəbə daxil olub. M. Ə. Rəsulzadə 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb, 1903-cü ildə isə onun ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib.  

      1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M. Ə. Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışır, Səttarxan hərəkatında yaxından iştirak edir, 1911-ci ildə isə Rusiya səfirliyinin tələbi ilə İrandan çıxarılır.

     1911-13-cü illərdə M. Ə. Rəsulzadə İstanbulda Türk ocağında çalışır, "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edir.

      1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra M. Ə. Rəsulzadə Bakıya qayıdır və burada ciddi fəaliyyətə başlayır.

       1918-ci ilin 28 Mayında Azərbaycan İstiqlalı elan olunandan sonra o, Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-20-ci illərdə Azərbaycanın demokratik dövlət quruculuğu prosesində M. Ə. Rəsulzadənin böyük rolu olub.

       1920-ci ilin 27 Aprel işğalından sonra M. Ə. Rəsulzadə həbs edilib. O, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az keçməmiş Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiyaya daha sonra Türkiyə ərazisinə keçib.

       1922-ci ildən M. Ə. Rəsulzadə çətin və mürəkkəb hadisələrlə dolu mühacirət həyatını yaşayır. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada yaşayaraq Azərbaycan İstiqlalı uğrundakı mübarizəsini davam etdirib. M. Ə. Rəsulzadə 1955-ci ilin mart ayında Ankara şəhərində dünyasını dəyişib. O, Əsri məzarıstanlığında dəfn edilib.

 

 

© CopyRight | 2008. "Babek Dernəyi/ Linköping. İSVEÇ"     Designed by: Urmaan